Kür-Bakı magistral su kəmərində təmir işləri aparılacaq.

Bu barədə İqtisadiyyat.az "Azərsu"dan məlumat əldə edib.

Bildirilib ki, kəmərin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki (diametri 1400 mm, uzunluğu 800 m) hissəsi yenidən qurulacaq.

Yenidənqurma işlərinə 2 milyon manata yaxın vəsait sərf olunacaq.