"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsi əsasında Fələstin və İsrail dövlətlərinin yaradılması yolu ilə Yaxın Şərq böhranının həllinin tərəfdarıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Minskdə KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasının yekunları üzrə məlumat verən Belarusun xarici işlər naziri Sergey Aleynik deyib.

"Biz Yaxın Şərq böhranında qan tökülməsinə son qoyulması və Yaxın Şərq böhranının və münaqişənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi əsasında siyasi və diplomatik vasitələrlə sülh yolu ilə iki dövlətin yaradılması əsasında həlli üçün çıxış etdik", - deyə Aleynik jurnalistlərə bildirib.