"Rəsmi Moskva İrəvan və Bakını vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı təmkinli olmağa çağırır və sülh müqaviləsinin hazırlanması prosesinin davam edəcəyinə ümid edir".

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.

O, Azərbaycanla Ermənistan arasında təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini söyləyib: "Biz vəziyyəti çox diqqətlə izləyəcəyik və hər iki tərəflə təmaslarımızı davam etdirəcəyik".

 

Gözəl Həşimova