"Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması üçün siyasi iradə görür və bu addımı dəstəkləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir sazişin bağlanması həm iki ölkə üçün, həm də sabitlik üçün faydalı olacaq”, - Kreml nümayəndəsi bildirib.

 

Gözəl Həşimova