Kolumbiyanın Kumaral bölgəsinin şimalında 6,3 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələ episentri Meta inzibati bölgəsində yerləşən Cumaraldan 16 kilometr şimalda olub.

Yerli vaxtla saat 20:04-də baş verən zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.