Ukrayna hakimiyyəti ümid edir ki, Avropa İttifaqı Kiyevin ölkənin ittifaqa daxil olması ilə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının təqdim etdiyi şərtləri necə yerinə yetirdiyinə dürüst qiymət verəcək və yeni tələblər irəli sürməyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ diplomatiyasının rəhbəri Josep Borellə birgə mətbuat konfransında deyib.

"Bugünkü iclas (Aİ ölkələrinin xarici işlər nazirlərinin Kiyevdə baş tutan görüşü – red.) ölkəmizin Avropa İttifaqına üzvlüyü ilə bağlı olub, bununla bağlı masa arxasında konsensus əldə edilib. Həm Ukrayna, həm də Avropa tərəfi bu istiqamətdə irəliləməkdə qərarlıdır", - deyə Kuleba bildirib.

Kuleba əlavə edib ki, Ukrayna və Aİ artıq “bir ailədir”.