İraqın İslami Müqavimətinə aid silahlı birləşmələr Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Şam FM" radiostansiyası məlumat yayıb.

Məlumata görə , döyüşçülər çoxsaylı raket sistemlərindən istifadə edərək hərbi obyektə iki dəfə atəş açıblar. Şahidlər bazanın ərazisində partlayışların baş verdiyini bildiriblər. Raket zərbələri ilə bağlı başqa təfərrüatlar verilməyib.

Bundan əvvəl döyüşçülər kamikadze pilotsuz uçuş aparatı ilə İraqın qərbindəki Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd bazasına hücum edib.