Suriyanın Həsəkə əyalətində Əl-Cəbsə neft yatağı yaxınlığında yerləşən Əl-Şəddadidəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, baza ərazisində bir neçə partlayış baş verib, partlayış səsləri ətrafda eşidilib.

Hücuma görə məsuliyyəti "İraqın İslam Müqaviməti" hərəkatı üzərinə götürüb. Təşkilat bundan əvvəl də, noyabrın 7-də Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub.

Daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, oktyabrın 17-dən bu yana regiondakı Amerika bazalarına 30-dan çox hücum edilib və bu hücumlar nəticəsində 28 hərbçi yaralanıb.