Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası çoxsaylı raket sistemlərindən atəşə tutulub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi bazanın ərazisində bir neçə güclü partlayış baş verib.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatına qarşı döyüşən İraqın İslam Müqaviməti hərəkatı üzərinə götürüb.