Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. 

Məlumata görə, buraxılış yerli vaxtla saat 08:00 (Moskva vaxtı ilə 03:00), ehtimal ki, Sinpo liman şəhəri ərazisindən Yapon dənizi istiqamətində həyata keçirilib.

Yonhap xəbər verir ki, Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və KXDR-in hərəkətlərinə qsrşı ABŞ ilə yaxın təmasda olduğunu qeyd edib.