"Hollandiyanın baş naziri Mark Rutte Qətərə səfərini başa vurub və həmkarı Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NOS telekanalı məlumat yayıb.

Məlumata görə, Rutte Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb və daha da pisləşən Fələstin-İsrail münaqişəsini müzakirə edib. 

"Söhbət zamanı bir sıra məsələlər qaldırıldı ki, mən Netanyahu ilə müzakirə etməyi məqsədəuyğun hesab edirəm. Bunu şəxsi görüş zamanı etmək istəyirəm", - Rutte bildirib.

Bu, Yaxın Şərq münaqişəsinin gərginləşməsindən sonra ikinci dəfədir ki, Rutte İsraildə Netanyahu ilə danışıqlar aparacaq. İlk görüş oktyabrın 23-də baş tutub.