İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında atəşkəs və əsir mübadiləsi danışıqlarının sabah Misirin paytaxtı Qahirədə yenidən başlayacağı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qahirə əl-İxbariyyə" televiziyası yüksək səviyyəli Misir mənbələrinə istinadən məlumat yayıb. 

Xəbərdə, Qahirədə sabah (bazar günü) Qəzzada sülhün qorunması ilə bağlı iclaslar keçiriləcəyi deyilir.

Bildirilib ki, danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani, İsrail nümayəndə heyəti və HƏMAS-ın aparıcı simalarından ibarət nümayəndə heyəti iştirak edəcək.

Məsələ ilə bağlı Misirdən hələlik rəsmi açıqlama verilməyib.