Liviyanın şimal-qərbində yerləşən Qaryan şəhərində baş verən qarşıdurmalarda azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Liviyanın "WAL" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, ağır silahlardan istifadə ilə münaqişə səhər tezdən başlayıb. Yerli universitetin rəhbərliyi toqquşmalar bitənə qədər işi dayandırmaq qərarına gəlib və işçiləri təhsil müəssisəsinin binasına gəlməməyə çağırıb.

Öz növbəsində, Liviyanın Milli Birlik Hökuməti yanında səhiyyə naziri Ramazan Əbu Canah tibbi xidmətlərə hazırlıq səviyyəsini yüksəltmək və tibb işçilərinə kömək etmək üçün digər əməkdaşları Qaryana göndərmək barədə göstəriş verib.