İraq əsilli mühacir Salvan Momika İsveçin Malmö şəhərində müsəlmanların müqəddəs kitabının yandırılması ilə növbəti aksiya həyata keçirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, şəhər meydanlarından birində keçirilən aksiyada 200-ə yaxın adam iştirak edib. Hadisə yerində gərgin anlar yaşanıb. 

İddialara görə, orada olanlardan bir neçəsi nümayişin təşkilatçısını əngəlləməyə cəhd edib. Ancaq onlar İsveç polisi tərəfindən saxlanılıblar. Lakin Momika mitinqi vaxtından əvvəl başa vurmağa və polislərin müşayiəti ilə meydanı tərk etməyə məcbur olub.