İsrailin şimalında yaşayan sakinlərə Livanla sərhəddə vəziyyətin gərginləşməsi ehtimalına qarşı evlərini tərk etmək tövsiyə olunub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumata görə, sərhədyanı ərazilərdə yaşayan vətəndaşlar 1-2 gün müddətinə təxliyyə olunmağa çağırılıb.

Bundan əvvəl Livanın “Al Watanyia” agentliyi İsrailin Livanın cənubundakı Bastar sərhəd sektoruna zərbələr endirməsi barədə məlumat yayıb. Hizbullah fəalları bölgədə çadırlar qurduqdan sonra atışma yenidən başlayıb.