Döyüş əməliyyatlarının hazırkı mərhələsində İsrailin ABŞ və NATO ölkələrindən hərbi yardıma ehtiyacı yoxdur, lakin münaqişə uzanarsa və coğrafiyası genişlənərsə, belə dəstəyə ehtiyac ola bilər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

"Qarşıdurmanın hazırkı mərhələsində İsrail Müdafiə Qüvvələri hərbi qələbə qazanmaq üçün bütün lazımi qüvvələrə və vasitələrə malikdir. Ona görə də indi İsrailin ABŞ və NATO ölkələrinin təcili yardımına ehtiyacı yoxdur. Lakin münaqişə kəskinləşərsə və bu, hərbi əməliyyatların coğrafiyasını genişləndirərsə, belə yardım lazım ola bilər", - deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, əgər bu cür dəstəyə ehtiyac olarsa, o, alyans səviyyəsində deyil, məlum səbəblərdən ayrı-ayrı NATO-ya üzv dövlətlər səviyyəsində veriləcək.