İsrail Müdafiə Qüvvələrinin aviasiyası və artilleriyası Qəzza zolağında Xan Yunis və Qəzza şəhərlərinin ətrafına zərbələr endirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

Onun sözlərinə görə, İsrail qüvvələri Qəzza zolağının mərkəzi hissəsində Nuseyrat qaçqın düşərgəsinin şimalında yerləşən Əl-Muğraq şəhərini də atəşə tutur.