İsrail və HƏMAS arasında girovların mübadiləsi ilə bağlı razılıq əldə olunub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

"İsrail və HƏMAS arasında 100 girov müqabilində Qəzza zolağından fələstinli qadın və uşaqların azad edilməsinə dair razılıq əldə edilib", - məlumatda qeyd edilib.

Bundan əvvəl Qətərdə girovların azad edilməsi üçün böyük razılaşmanın müzakirə edildiyi bildirilmişdi.