"İsrail Müdafiə Qüvvələrinin tank birləşmələri Qəzza zolağının şimalında yerləşən Beyt Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə zolağa doğru irəliləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Sky News Arabia" telekanalı məlumat yayıb.

Fələstin mərkəzli "Jawwal" nəşri daha əvvəl bildirmişdi ki, İsrail ordusunun kütləvi zərbələrindən sonra Qəzza zolağında mobil rabitə və mobil internet fəaliyyətini dayandırıb. "Əl-Ərəbiyyə" və "Əl-Cəzirə" telekanallarının məlumatına görə, cümə günü Qəzza zolağı oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra ən şiddətli hücuma məruz qalıb. İsrail Müdafiə Qüvvələrinin anklavın bir neçə bölgəsinə havadan, qurudan və dənizdən hücum etdiyi bildirilir.