İsrail Müdafiə Qüvvələrinin şənbə günü İordan çayının qərb sahilinin Cenin qəsəbəsindəki qaçqın düşərgəsi yaxınlığında keçirdiyi əməliyyat zamanı azı iki silahlı öldürülüb, bir neçəsi isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisinə istinadən "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Nəşr təhlükəsizlik nümayəndəsinin sözlərindən sitat gətirib: "Biz regionda uzun illərdir görülməyən bir sıra əməliyyatlar həyata keçiririk. Cenin qaçqın düşərgəsindəki bütün silahlı terrorçular zərərsizləşdiriləcək".