ABŞ İrandan müsadirə etdiyi minlərlə silah və sursatı Ukraynaya təhvil verəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı bu barədə qərarını bu həftənin sonuna qədər açıqlayacaq.

Qeyd edək ki, bu ilin yanvarında ABŞ və Fransa donanmasının gəmiləri Oman körfəzində İrandan Yəmənə göndərilən qaçaqmal silahları daşıyan gəmini ələ keçirib. Təyyarədə 3 mindən çox pulemyot, döyüş sursatı və tank əleyhinə idarə olunan raket aşkar edilib.