Rusiyaya məxsus Yak-130 təlim təyyarəsi İrana gətirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiyaya məxsus Yak-130 təyyarələri İrana gətirilib və milli hava qüvvələri ilə birgə fəaliyyətə başlayıb. Təlim təyyarələri İran ordusunun yeni nəsil təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün istifadə olunacaq.

İRNA İrana tədarük edilən təyyarələrin sayı barədə məlumat verməyib. Xəbər agentliyi əlavə edib ki, hakimiyyət Yak-130 təyyarələrinin ölkəyə gəlməsini hələ rəsmi şəkildə təsdiqləməyib.