Yeddilik Qrupu (G7) ölkələrinin liderləri oktyabrın 3-də Ukrayna ətrafında vəziyyətlə bağlı onlayn danışıqlar aparmağı planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "JIJI" agentliyi Yaponiya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflərin Rusiyaya qarşı sanksiyaların saxlanması və Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərini müzakirə edəcəyi gözlənilir.

Eyni zamanda, Nikkei qəzeti və Kyodo agentliyinin məlumatına görə, söhbət Yaponiya, ABŞ və bir sıra Avropa ölkələrinin liderləri arasında aparılan danışıqlardan gedir. Qeyd olunur ki, sonuncu dəfə bu formatda danışıqlar 2022-ci ilin sentyabrında keçirilib, daha sonra 9 ölkənin liderləri danışıqlarda iştirak ediblər.

Kyodo-nun məlumatına görə, onlayn görüşdə müzakirələrə ABŞ prezidenti Co Bayden rəhbərlik edəcək.