"Finlandiya hökumətinin Rusiya ilə sərhədin bağlanması ilə bağlı mümkün qərarı yerli vaxtla cümə günü gecə yarısı qüvvəyə minəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "İlta-Sanomat" qəzeti məlumat yayıb.

Qəzetin sözlərinə görə, hökumət noyabrın 22-də əlavə tədbirlər görərsə, onlar cümə axşamından cümə gününə keçən gecə saat 00:00-da qüvvəyə minəcək.

Daha əvvəl "Helsingin Sanomat" qəzeti yazıb ki, Finlandiya hökuməti Rusiya ilə sərhəddə biri istisna başqa bütün keçid məntəqələrinin bağlanması məsələsi ilə bağlı qərar qəbul edəcək. Nəşrin məlumatına görə, hökumət axşam saatlarında Rusiya Federasiyası ilə sərhəddə əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar qəbul etməyə hazırdır. Qəzetin yazdığına görə, Nazirlər Kabineti Raya-Jooseppi keçid məntəqəsindən başqa bütün keçid məntəqələrini bağlamağı planlaşdırır.