Estoniya HIMARS reaktiv yaylım atəş sistemləri ilə birlikdə ABŞ-dən ATACMS uzun mənzilli raketləri almağa qərar verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə Tallin HIMARS MLRS üçün buraxılış qurğuları, raketlər və digər avadanlıqların alınması üçün Vaşinqtonla müqavilə imzalayıb. Razılaşmaya həmçinin ATACMS taktiki raketləri də daxildir. Portal bildirir ki, silah tədarükü 2025-ci ilə qədər həyata keçiriləcək.

Əlavə edək ki, 2023-cü ilin əvvəlində ABŞ NATO-nun şərq cinahında müdafiəni gücləndirmək üçün rotasiya çərçivəsində öz hərbi personalını Estoniyaya göndərib və ölkədə HIMARS MLRS yerləşdirib.