"Oktyabrın 26 və 27-də Brüsseldə keçiriləcək Aİ sammitində Çexiya yekdilliklə dünya ictimaiyyətinin İsrailə dəstəyini və onun müdafiə hüququnun tanınmasını istəyəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CTK" xəbər agentliyi  Təl-Əvivdə olan və ölkəni Aİ sammitində təmsil edəcək respublikanın baş naziri Petr Fiala istinadən məlumat yayıb.

Agentlik Fialanın sözlərindən sitat gətirib: "HƏMAS terror təşkilatıdır və biz ona bu cür yanaşmalıyıq. Biz əmin olmalıyıq ki, heç bir Avropa fondu terroru dəstəkləmək üçün istifadə edilməyəcək. İsrailin sülh və təhlükəsizlik hüququ var. Çexiya qətiyyətlə onun tərəfindədir".