"İsrail yaxın günlərdə ABŞ dövlət katibi Antoni Blinkenin səfərini gözləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Blinken oktyabrın 7-də Qəzza zolağında gərginliyin artmasından sonra İsrailə dördüncü dəfə gələcək.

Qəzetin yazdığına görə, dövlət katibinin səfəri gələn həftə baş tutacaq.