"Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokşteyn Livanla müharibənin qarşısını almaq məqsədilə İsrail hakimiyyəti ilə danışıqlar aparmaq üçün İsrailə gəlib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Hokşteyn İsrailə Livan və İsrail sərhədində Hizbullah hərəkatı ilə İsrail qüvvələri arasında davam edən toqquşmalardan sonra gəlib. İsrail rəsmisi portala bildirib ki, Hokşteynin İsrailin müdafiə naziri Yoav Qalant, strateji planlaşdırma naziri Ron Dermer, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi ilə görüşü gözlənilir.

"Axios" yazır ki, Ağ Ev hələlik bu məlumatı şərh etməyib.