"Vaşinqton Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı Dövlət Departamenti və Pentaqonun dörd rəsmisinə istinadən məlumat yayıb.

Onların fikrincə, Ağ Ev artıq ABŞ-nin Suriyadakı missiyası ilə maraqlanmır və onu "lazımsız hesab edir". Yekun qərar hələ verilməsə də, hazırda Amerika administrasiyası qoşunların nə vaxt və necə çıxarıla biləcəyini müzakirə edir.

Jurnal qeyd edir ki, ABŞ qoşunlarının mümkün çıxarılması "xaosa və terror təhlükələrinin sürətlə artmasına səbəb olacaq". Bununla belə, nəşr yazır ki, ABŞ-nin siyasi dairələrində bu məsələnin fəal şəkildə nəzərdən keçirildiyi və artıq qaçılmaz kimi qəbul edildiyi açıq-aydın hiss olunur.