"ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzza zolağında girovların azad edilməsi üzrə əməliyyatlar üçün bir neçə plan üzərində işləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Telekanal qeyd edir ki, xilasetmə missiyaları həmişə risklidir və ABŞ çox sayda əsiri azad etmək üçün razılaşmanın ən yaxşı variant olduğuna inanır. Ancaq mənbələr şəraitin dəyişdiyi halda əməliyyat üçün taktiki planların hazırlandığını da bildirib.

Telekanal mənbələrinin məlumatına əsasən bildirib ki, hazırda İsrail və HƏMAS çoxgünlük atəşkəs müqabilində əksəriyyəti qadın və uşaq olmaqla azı 50 girovun azad edilməsini müzakirə edir.