"12 girovun azad edilməsi müqabilində Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma əldə oluna bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı HƏMAS hərəkatına yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrailin müvəqqəti atəşkəs razılaşması müqabilində azadlığa buraxılması təklif edilən məhbusların yarısı ABŞ vətəndaşlarıdır.

Bundan əvvəl Misirin "Əl-Qahirə Əl-Əxbariya" telekanalı  Misirin əsir və məhbusların mübadiləsi üçün Qəzza zolağında humanitar atəşkəsə dair razılığa gəlməyə yaxın olduğunu bildirib. Telekanalın mənbələrinə görə, Qahirə humanitar məqsədlər üçün Fələstin anklavında müvəqqəti atəşkəsin yaradılmasına dair razılığa gəlmək üçün intensiv təmaslar aparır.