İranın Kirman əyalətində törədilən terror aktlarında ölənlərin sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Kerman Təcili Yardım Mərkəzinin sözçüsü Məhəmməd Saberi hücum zamanı yaralanan və müalicə olunan 11 yaşlı Nazənin Açekzehi adlı qızın bu gün həyatını itirdiyini və ölənlərin sayının 95-ə yüksəldiyini bildirib.

Xatırladaq ki, yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib.

 

Əli Ağayev