Avqustun 11 və 12-də Şimali Koreya lideri Kim Çen İn hərbi fabriklərin, o cümlədən taktiki raket zavodunun işini yoxlayıb.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, Kim Çen İn müharibəyə hazır olmaq üçün raketlərin istehsalını artırmağı tapşırıb.

"Genişləndirilmiş və gücləndirilmiş cəbhə xəttindəki hərbi birləşmələrin ehtiyaclarını ödəmək üçün raket istehsalının artırılması lazımdır. Müharibəyə hazırlığın keyfiyyət səviyyəsi hərbi sənayenin inkişafından asılıdır və ordumuzun müharibəyə hazırlığını sürətləndirmək üçün zavodun üzərinə böyük məsuliyyət düşür", - o qeyd edib.

 

Gözəl Həşimova