Şimali Koreya lideri Kim Çen İn mühüm silah fabriklərinə baş çəkib və ölkəsinin silah texnologiyasını təkmilləşdirmək, müharibə hazırlığını gücləndirmək mesajı verib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbrə verir ki, Şimali Koreya mətbuatında yer alan xəbərə görə, Kim 3 günlük silah fabrikləri turunu tamamlayıb.

Kim səfər zamanı nüvə ballistik raketləri üçün müxtəlif sistemlər istehsal edən fabrikləri də gəzib və adı açıqlanmayan bir fabrikə səfəri zamanı deyib: "Bu fabrik Şimali Koreyanın döyüş hazırlığının mükəmməlləşdirilməsində mühüm məsuliyyət və vəzifələrə malikdir".

Qanadlı raketlər və pilotsuz uçuş aparatları üçün mühərriklərin istehsal edildiyi fabrikdə istehsalın sürətləndirildiyini vurğulayan Kim, ölkə əsgərlərinin daşıdığı silahların başqa bir fabrikdə modernləşdirilməsinin lazım olduğunu bildirib.

Cənubi Koreya Sejong İnstitutunun analitiki Cheong Seong Chang bildirib ki, Kimin bu səfərdəki məqsədi həm yerli silahların modernləşdirilməsini təşviq etmək, həm də Rusiyaya ixrac edilə bilən silahları yoxlamaqdır.

Kimin səfərinin ABŞ və Cənubi Koreyanın bölgədə yeni təlimə hazırlaşdığı bir vaxta təsadüf etməsi diqqət çəkib.