Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunlarının qərargahında xidməti müşavirə keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.