Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Raça regionunun Şovi bölgəsində baş vermiş güclü torpaq sürüşməsi ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə başsağlığı məktubu göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazir Raça regionunun Şovi bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.