Bu ilin 8 ayı ərzində Kəlbəcər rayonunun 653,46 hektar (59,1%) ərazisi minalardan təmizlənib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov şəhərsalma üzrə işçi qrupunun Kəlbəcərdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, cari ilin planlarına rayonun daha 1105,19 hektar ərazisinin minalardan təmizlənməsi daxildir. 

Qeyd edək ki, 2022-ci il ərzində 983,71 hektar yaşayış məntəqəsi minalardan təmizlənib.