"Mənim terror təşkilatının beynəlxalq hüquqa və ya hər hansı atəşkəs çağırışına hörmətlə yanaşacağına heç bir ümidim yoxdur. Açığını deyim ki, HƏMAS təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə olaraq aradan qaldırılmalıdır".

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Bill Bleyer jurnalistlərə bildirib.

Məlumata görə, ABŞ, Avstraliya və Kanada kimi ölkələr “humanitar fasilə”yə çağırsalar da, atəşkəsi ictimaiyyət qarşısında müdafiə etməyi dayandırıblar.

 

Gözəl Həşimova