NATO-nun tələblərinə baxmayaraq, Kanada hakimiyyəti 2029-2030-cu illərdə ÜDM-in 1,76%-ni müdafiəyə xərcləyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanada hökumətinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, müdafiə xərcləri hər il artır, buna görə də Kanadanın müdafiə xərclərinin ÜDM-ə nisbəti 2029-2030-cu illərdə 1,76%-ə çatacaq ki, bu da müdafiə xərclərini 2% təşkil edən NATO öhdəliklərinə çatmaq səylərində irəliyə doğru əhəmiyyətli bir addımdır.

Bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Ottavanın NATO standartlarının tələb etdiyi kimi, ölkənin ÜDM-nin 2%-ni müdafiəyə xərcləməyə nə vaxt başlayacağı ilə bağlı suala cavab verməyib.