Kahramanmaraşın Elbistan rayonunda tikilməkdə olan qarajın uçması nəticəsində 2 nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım qrupları göndərilib.

Yaralılar qrupların və vətəndaşların köməkliyi ilə dağıntılar altından çıxarılaraq təcili yardım maşınları ilə Elbistan Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Dağıntılar altında başqalarının olması ehtimal edilib, qruplar işlərini davam etdirir.