Türkiyənin İzmir vilayətində gecə saatlarında yağan şiddətli yağış və fırtına fəsadlara səbəb olub. Güclü yağışdan sonra dənizin daşması nəticəsində yolları su basıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, şəhərdə gün boyu davam edən yağış gecə saatlarında təsirini daha da artırıb. Fırtınanın başlaması ilə Mavişehir Məhəlləsində və Karşıyaka rayonunun Aksoy Məhəlləsində dəniz daşıb.

Sahildə yerləşən ərazilərin bağları su ilə dolarkən, küçə və prospektlər də su altında qalıb.

Ətraf ərazilərin səlahiyyətliləri sirenlərlə avtomobil sahiblərinə xəbərdarlıq edib. Çoxsaylı vətəndaşlar avtomobillərini su altında qalmaqdan xilas etməyə çalışıblar.

Qeyd edilib ki, suyun səviyyəsi durmadan qalxır.

Güclü küləkdən sonra Karşıyaka Camal Gürsel Sahil Yolu da tamamilə su altında qalıb.