Yunanıstan tərəfindən İzmir sahillərinə sıxışdırılan 58 qeyri-qanuni miqrant xilas edilib, eyni zamanda qeyri-qanuni yollarla xaricə getməyə çalışan 38 immiqrant yaxalanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Seferihisar rayonu sahillərində rezin qayıqda bir qrup nizamsız miqrantın olması barədə mərkəzə xəbər daxil olub. Bundan sonra bölgəyə bir Sahil Mühafizə gəmisi göndərilib.

Nəticədə Yunanıstan tərəfindən İzmir sahillərinə sıxışdırılan 58 qeyri-qanuni miqrant xilas edilib.