"İtaliyada arxeoloqlar 3000-dən çox sikkə və 50 qiymətli daş tapıblar. Tapıntıların əksəriyyəti qədim Roma tanrılarının təsvirləri ilə bəzədilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Miami Herald" məlumat yayıb.

İtaliyanın Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, əsas tapıntı müasir Bolonya yaxınlığındakı Roma şəhəri Klaterndə davam edən qazıntılar zamanı aşkar edilib.

Bundan əvvəl arxeoloqlar Klaterndə forum, küçələr, rəngarəng mozaika ilə iqamətgah və Roma hamamları aşkar etmişdilər. Açıqlamaya görə, aparılan son qazıntılar zamanı əsasən gümüş və bürüncdən hazırlanmış minlərlə sikkə aşkar edilib. Sikkələri tədqiq edərkən tədqiqatçılar xüsusilə diqqətəlayiq olan tapıntılar aşkar edib: quinarius, eramızdan əvvəl 1000-ci ildə Roma Respublikası tərəfindən zərb edilən nadir gümüş sikkə.