"Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə müsahibəsində bildirib.

Cənubi Qafqazda baş verən proseslərə toxunan E.Çirielli vurğulayıb ki, Prezident İlham Əliyev çox praqmatik lider olduğunu vurğulayıb və Azərbaycanın beynəlxalq hüquqa zidd olan hər hansı bir addımını qəti şəkildə istisna edib.