İtaliyada ötən il yoxsul insanların sayı 357 min nəfər artaraq 5,6 milyon nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Agentliyinin (İstat) illik hesabatında deyilir.

Məlumata əsasən, ötən il ölkədə yoxsulluq səviyyəsi 9,1%-dən 9,7%-ə yüksəlib. Bildirilib ki, yoxsulların sayının artması inflyasiyanın yüksəlməsi ilə bağlıdır.

Yoxsul ailələrin əsas hissəsi ölkənin cənub bölgələrində cəmləşib.

 

Gözəl Həşimova