Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda İspaniya millisinə məğlub olan İtaliya tarixinin ən pis göstəricisinə imza atıb.

İqtisadiyyat.az “Opta Sports”a istinadən xəbər verir ki, İtaliya bu görüşdə rəqib qapısına cəmi 4 zərbə endirib.

Bu, komandanın Avropa çempionatlarında ən pis göstəricisi olub.

İspaniya – İtaliya matçı birincilərin 1:0 hesablı qələbəsi ilə bitib. 55-ci dəqiqədə italiyalı müdafiəçi Rikkardo Kalafiori avtoqolla diqqət mərkəzinə düşüb. Hazırda qrupda 6 xalı olan İspaniya pley-offa vəsiqə qazanıb.