Mərkəzi Aralıq dənizində miqrant axınının sıx olduğu İtaliyanın Lampeduza adası yaxınlığında iki miqrant qayığının batması nəticəsində bir qadın və bir uşağın cəsədi tapılıb, 30-dan çox adam itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, gecə saatlarında iki miqrant qayığı Lampeduza sahillərində batıb.

Fil Dişi Sahilindən olan bir qadın və bir uşağın cəsədi tapılıb, 57 immiqrant xilas edilib.

30-dan çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işləri davam edir.

Qeyd edilib ki, Afrikanın cənubundakı miqrantları daşıyan qayıqlardan birində 42, digərində isə 48 nəfər olub.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2014-cü ildən bəri Liviya və Tunisdən İtaliyaya keçmək istəyərkən 14 mindən çox insan dənizdə ölüb və ya itib.