İtaliya parlamenti sintetik qida istehsalı və satışını qadağan edən qanunu qəbul edib.

Bu barədə İqtisadiyyat.az "Sputnik İnternational"a istinadən xəbər verir.

Məlumata görə, İtaliya belə bir qadağanı tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.

Qanunu İtaliyanın Aşağı Palatasının 159 üzvü dəstəkləyib, 53-ü tədbirin əleyhinə, 34-ü isə bitərəf qalıb. Parlamentin yuxarı palatası İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırlanmış qanunu hələ iyun ayında təsdiqləyib.

Qanunu pozanları 10 min avrodan 60 min avroya qədər cərimə gözləyir.

 

Gözəl Həşimova