"İsveçrə Avropa İttifaqının (Aİ) qəbul etdiyi anti-Rusiya sanksiyalarının on birinci paketini dəstəkləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Federal Şura - İsveçrə hökuməti bildirib.

"Avqustun 16-da Federal Şura Rusiyaya qarşı əlavə sanksiyaların qüvvəyə minməsi barədə qərar qəbul edib. İsveçrənin bu qərarı 11-ci sanksiyalar paketini qəbul edən Aİ qərarı ilə eynilik təşkil edir", - hökumət bildirib. 

Qeyd edilib ki, yeni tədbirlər bu il avqustun 16-dan qüvvəyə minəcək.