İsveçin xarici işlər naziri Tobias Billström İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin səfirləri ilə görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, görüş zamanı nazir Qurani-Kərimin nüsxələrin yandırılması və ölkədə baş verən təzahürlərlə bağlı İsveç hakimiyyətinin mövqeyini izah edib:

"Etibarın bərpası yavaş bir prosesdir. Mandatımın əhəmiyyətli hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Mən bu ölkələrə səyahət etmək niyyətindəyəm və hələ sentyabr ayında Nyu-Yorkda BMT-nin (Baş Assambleyanın yüksək səviyyəli sessiyası) həftəsi zamanı onları danışıq və dialoqa dəvət edəcəyik".

O əlavə edib ki, İsveç hakimiyyəti Qurana zidd hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billstrom səfirlərlə görüşün müsbət mənada keçdiyini vurğulayıb.